Tənqidçi Əsəd Cahangirlə söz duelinə çıxan yazıçı Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyi haqqında kəskin tənqid yüklü fikirlər səsləndirib.
O, mətbuata açıqlamasında bildirib ki, onun üçün AYB-nin bir qiymətli dəyəri var, o da Anarın özüdür.
K.Abdullanın bu sözlərinə münasibət bildirən AYB-nin birinci katibi Fikrət Qoca AzNews.az-a açıqlamasında yazıçının bu sözündən təəssüf hissi keçirdiyini deyib.
Kamal Abdullanın belə söz deyəcəyinə inanmadığını bildirən qocaman şair rektor-yazıçıdan incikliyini dilə gətirib: “Yenə şükür edək ki, Anarı bir rəhbər olaraq sayıb. Nə etmək olar, deyib də. Görünür, biz yerdə qalanlar qiymətsiz dəyərlərik”.
Qaynar.info