"Azad Gənclik" Təşkilatı və "Art for Democracy" kampaniyasının təşkilatçılığı ilə “CAUCADOC və Bizim Hüquqlar - Bizim Gələcək” birgə sənədli filmlər festivalının II hissəsi noyabrın 27-i başlayır.
Festival 3 gün - 27, 28, 29 noyabr tarixlərində Müsavat Partiyasının akt zalında saat 15:00-dan 18:00-a qədər davam edəcək. Festival ərzində gündə iki film nümayiş etdiriləcək. Hər nümayişdən sonra filmlərin müzakirəsi olacaq. Müzakirələrdə ekspertlər, tanınmış ictimai xadimlər iştirak edəcək. Filmlər ilk dəfə açıq nümayiş olunur. Festivalda nümayiş olunacaq filmlər insan haqları, demokratiya ilə bağlıdır. Filmlər müxtəlif ölkələrdə çəkilib.
Festivalın aparıcısı Seymur Baycan olacaq. Nümayiş olunacaq filmlər azərbaycanca yüksək keyfiyyətdə dublyaj olunub.
Filmlərin siyahısı:
27 noyabr 2013
1. “Sükuta yox!” - 57 dəqiqə
2. “Sərhədsiz xatirələr” 55 dəqiqə
28 noyabr 2013
3. “Qadağan olunmuş səslər” - 52 dəqiqə
4. "Tramp dəyişikliyi" - 95 dəqiqə
29 noyabr 2013
5. “Xalq düşmənləri” - 59 dəqiqə
6. “Fərqli Çelsi - Donetsk hekayəsi”- 54 dəqiqə
Əlaqə:
Orxan Rüstəmzadə - 055 464 54 16
Rəsul Cəfərov - 050 586 35 37
Qaynar.info