Xəbər lenti

Fin professorlar Bakıda 12 tələbə seçdi
Ölkə07:22 09.04.2013

Fin professorlar Bakıda 12 tələbə seçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Finlandiyalı professorlar azərbaycanlı tələbələrə ustad dərsləri keçib

Keyfiyyətli rabitə xidmətləri ilə yanaşı dünya səviyyəli layihələr və kreativ təşəbbüslərlə fərqlənən Azercell Telekom bu dəfə peşəkar musiqiçilər üçün fərqli proqram təqdim edib. Qaynar.info-nun məlumatına görə, “Musiqi ilə birləşərək” adlanan bu layihə TeliaSonera və Azercell şirkətləri tərəfindən təşkil olunub və  klassik musiqi ilə məşğul olan tələbələr üçün nəzərdə tutulub. 

Layihə çərçivəsində bu il 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyəti Bakıda səfərdədirlər. Nümayəndə heyətinə vokal və simli alətlər üzrə peşəkar sənətçilər daxildir. Onlar Bakı Musiqi Akademiyasının tələbələri üçün master klass keçib, onlarla birlikdə konsert programı ilə çıxış etdilər.

“Musiqi ilə birləşərək” layihəsinə 2012-ci ildən start verilib. Keçən il master klass zamanı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi Finlandiyada kurs keçmək üçün seçildi. İlk dəfə olaraq azərbaycanlı gənclər TeliaSonera və Azercell-in dəstəyi ilə Savonlinna Konservatoriyasındakı Yay Məktəbi dərslərində iştirak etdilər. Bu il isə Finlandiyaya kurs keçmək üçün on iki istedadlı tələbə seçilib. 

Azercell daim müxtəlif mədəni layihələr sahəsində fəaliyyətə xüsusi önəm verib, Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələri reallaşdırıb. İndiyə kimi şirkət tərəfindən sosial layihələrə təqribən 13.2 milyon manat pul ayrılıb. 

Qaynar.info