Xəbər lenti

Finlandiya ruslara daşınmaz əmlak almağı qadağan edəcək
Dünya 23:59 21.08.2024

Finlandiya ruslara daşınmaz əmlak almağı qadağan edəcək

Finlandiya hakimiyyəti Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına tam qadağa tətbiq edəcək qanun layihəsi hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Yle" ictimai yayımı ölkənin müdafiə naziri Antti Hakkanenə istinadən məlumat yayıb.

"Bu qanun layihəsi payızın əvvəlində hökumət tərəfindən müzakirə olunacaq", deyə müdafiə idarəsinin rəisi bildirib.

Hakkanen əlavə edib ki, təşəbbüs yaxın iki həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq.

Finlandiya Müdafiə Nazirliyinin işçi qrupunun açıqlamasına görə, qanun layihəsi qəbul ediləcəyi təqdirdə Avropa İttifaqının ərazi bütövlüyünü, başqa dövlətin suverenliyi və müstəqilliyini pozmuş hesab etdiyi ölkələrin vətəndaşlığına malik şəxslərin daşınmaz əmlak almasına tam qadağa tətbiq edəcək. Tədbir hüquqi şəxslərə də təsir edəcək. İstisna Finlandiyada daimi yaşayış icazəsi olan vətəndaşlar olacaq.

Bir gün əvvəl Finlandiya Müdafiə Nazirliyi rusların Finlandiya daşınmaz əmlakı ilə əməliyyatlar üçün demək olar ki, bütün müraciətlərini təsdiqləyib. 2024-cü ilin yanvar-iyun ayları arasında müdafiə şöbəsi Rusiya vətəndaşlarının 64 müraciətinə baxıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->