Xəbər lenti

Firəngiz Mütəllimova Çingizdən yazdı
Ölkə07:25 29.08.2014

Firəngiz Mütəllimova Çingizdən yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktrisa Firəngiz Mütəllimova Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevi xatırlayıb.

Ans press-in məlumatına görə, Azərbaycan respublikasının xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə Azərbaycanın Milli qəhrəmanı Çingiz Mustafayevi, onunla çalışdığı günlərdən bəhs edib. 

“Azərbaycan Dövlət Televiziyasında “Sevinc kafesi” verilişində bir yerdə çalışanda sənin necə istedadlı olduğunu bilirdim, amma Vətən yolunda şəhid olacağını bilmirdim. Adın ömürlük qəlbimizə yazıldı. Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə xalq artisti sosial şəbəkədə Çingiz Mustafayevin şəklini palaşaraq onu yada salıb. 

Qeyd edək ki, Azərbaycan Milli qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev 1960-cı ilin bu günü Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində anadan olub.

Qaynar.info