Xəbər lenti

Flora Kərimova vəsiyyətini açıqladı
Ölkə15:03 01.04.2021

Flora Kərimova vəsiyyətini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Flora Kərimova "Gün ortası" verilişində vəsiyyətini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, müğənni övladlarına və köməkçisi Yaquta onun ölümünü hər kəsdən gizlətmələrini tapşırdığını deyib:
"İstəmirəm şəklim asılsın və hamı "yazıq" desin. Hətta tapşırmışam ki, mümkün olsa, mənim harada dəfn olunmağımı heç kim bilməsin. Ancaq övladlarım bilsin. Əvvəl demişdim ki, bağda həyətdə dəfn etsinlər. Sonra düşündüm ki, Yaqut qorxacaq, düşüb həyətdə ağaclara su verməyəcək. Ölümdən qorxmuram. çünki yatıram, özümdən xəbərim olmur. Oyananda deyirəm ki, şükür oyandım. Öləndə də yatacam, bilməyəcəm".