Xəbər lenti

Folklor İnstitutundan erotik nağıl açıqlaması
Ölkə10:52 25.04.2013

Folklor İnstitutundan erotik nağıl açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Elmlər Akademiyasının  (MEA) Folklor İnsititutu erotik nağıllarla bağlı açıqlama verib. 

Movqe.az-ın məlumatına görə, institutun aparıcı elmi işçisi Əzim Ələkbərli bildirib ki, nağıllar külliyyatına daxil olan nağılların içərisində erotik nağılların olmasında qəbahət bir iş yoxdur: "Bizi qınayırlar ki, o nağılları uşaqlar oxuyur, tərbiyyələrinə təsir edir. Bu iradı səsləndirənlər bilmirlər ki, bu əvvala akademik nəşrdir. Uşaqlar üçün kütləvi nəşr deyil. İkincisi isə bu nağıllar böyüklər üçündür, uşaqlar üçün yox”.

Ə. Ələkbərli bildirib ki, bu cür akademik nəşrlər elmi-tədqiqat üçün nəzərdə tutulur: "Bir də nağıllar uşaq folkloruna aid deyil. Üstəlik erotik məqamlar olan nağıllar böyüklər üçündür. Nağıl təkcə uşaqlar üçün olmur ki”.

Qaynar.info