Xəbər lenti

Foqts Bundesliqa klubundan dəvət alıb?
Ölkə20:17 20.10.2014

Foqts Bundesliqa klubundan dəvət alıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən hər gün meydanda məşq keçməkdən yorulmuşam. İndi daha çox hansısa klubda idman direktoru, menecer və ya bunlara oxşar bir vəzifədə çalışmaq xoş olar. Təbii ki, Almaniyada çalışmaq istəyirəm". Qaynar.info xəbər verir ki, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı "Ştutqart"ı çalışdıracağı ilə bağlı xəbərə də münasibət bildirib: "Avtomobilimdən başqa məni "Ştutqart"la heç nə bağlamır (Ştutqart şəhərində yerləşən "Mersedes Benz" şirkətinin mərkəzi zavodunu nəzərdə tutur) Onlarla heç bir əlaqəm olmayıb. Amma bütün təkliflərə açığam".
Qaynar.info