Xəbər lenti

Ölkə 12:41 07.10.2024

"Ford Mustang"la sürət yarışı keçirdi, "TikTok"a yayımladı - Həbs edildi

Bakıda icarə götürdüyü "Ford Mustang" markalı avtomobillə sürət yarışı keçirən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş S.M. Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində icarəyə götürdüyü "Ford Mustang" minik markalı avtomobillə sürət yarışı həyata keçirərək avtoxuliqanlıq edib. 

O, daha sonra avtoxuliqanlıq etdiyi görüntüləri özünün "TikTok" hesabında paylaşıb. 

Sürücü barəsində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 ə 510 maddələri ilə protokol tərtib olunub. 

Məhkəmənin qərarı ilə S.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə inzibati qaydada həbs edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->