Xəbər lenti

“Ford” servisdən oğurluq etdi, məhkəmədə azadlığa buraxıldı
Ölkə07:38 13.02.2023

“Ford” servisdən oğurluq etdi, məhkəmədə azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Ford” servis və satış mərkəzində oğurluq hadisəsi baş verib. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən "Ford” servis və satış mərkəzində qeydə alınıb.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Teymur (şərti) məhkəmə ifadəsində özünü təqsirli bilib. Himayəsində 5 aylıq uşağının olduğunu bildirən təqsirləndirilən şəxs pula ehtiyacı olduğundan 450 manatı piştaxtanın üstündən gütürdüyünü qeyd edib.
O, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə təqsirləndilən şəxsin ziyanı tamamilə ödəməsi və zərərçəklə barışması nəzərə alınaraq, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Teymur məhkəmə zalından azad edilib.
Əhməd