Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.
Bu barədə Qaynarinfo "Formula-1"in rəsmi saytına istinadən xəbər verir.
Bildirilib ki, buna səbəb sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.
Qeyd edilib ki, yarış Bakıda sentyabrın 24, 25 və 26-da keçiriləcək.
Xatırladaq ki, təqvimin əvvəlki versiyasında yarışın 25, 26 və 27 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu.
Şərhlər