Xəbər lenti

"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisi təxirə salınacaq?
İdman12:14 26.03.2022

"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisi təxirə salınacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin təxirə salınması nəzərdə tutulmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem bildirib.
O, üsyançıların hədəfinin iqtisadi infrastruktur olduğunu deyib. Ötən gün husilər Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki neft infrastrukturunu raketlə vurub. Nəticədə "Formula 1"in keçirildiyi Ciddə trası yaxınlığındakı "Aramco" şirkətinin neft anbarlarından birində partlayış, daha sonra yanğın baş verib.
Səudiyyə Ərəbistanı Qran-prisində sərbəst yürüşlərə martın 25-də start verilib. Martın 27-də isə əsas yürüş olacaq.
Səbuhi Həsənov