Bakıda "Formula 2” üzrə ikinci yarış keçirilib.
Qaynarinfo turnirdə iştirak edən 10 komandanın 20 pilotu Bakı Şəhər Halqasını 21 dövrə vurub və 126,063 km məsafəni qət edərək qalibi müəyyənləşdirmək uğrunda mübarizə aparıb. Yarış 50 dəqiqə davam edib. DAMS komandasının pilotu Nikolas Latifi birinci olub. Xuan Korrea ("Sauber”) ikinci, Cek Aitken ("Kampos”) üçüncü yeri tutub.
Qeyd edək ki, Bakıda "Formula-2" üzrə təşkil olunan ilk yarışda Cek Aitken ("Kampos”) qalib adını qazanıb. Nik de Vries ("Art Grand Prix”) ikinci, Yordan Kinq ("Motorsport”) isə üçüncü yeri tutub.