Xəbər lenti

“Formula-2”-nin iki qayığı qəzaya uğradı
Ölkə05:56 08.07.2013

“Formula-2”-nin iki qayığı qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qayıqlar və onların pilotları patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıblar

Bakıda keçirilən “Formula-2” yarışı zamanı qəza baş verib. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə ötən gün qeydə alınıb. 

Qəza Səbail rayonu, Bakı buxtasında keçirilən motorlu qayıqlar üzrə “Formula-2” yarışmasında iştirak edən qayıqlardan ikisisinin iştirakı ilə baş verib. 

Dərhal qəzaya uğramış qayıqlar və onların pilotları FHN-in ərazidə rezin qayıqlarla patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıblar. Əməliyyat saat 18:35-də başa çatıb.