Xəbər lenti

Frankfurt-Astana təyyarəsi əlverişsiz hava səbəbindən Bakı hava limanına endi
Ölkə17:32 22.10.2022

Frankfurt-Astana təyyarəsi əlverişsiz hava səbəbindən Bakı hava limanına endi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.

Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

"Airbus A330" təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.