Xəbər lenti

Fransa Bakıya raket satacaq
Ölkə18:57 09.07.2014

Fransa Bakıya raket satacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa Azərbaycanda orta mənzilli zenit-raket kompleksləri satmaq istəyir. 

Anspress-in məlumatına görə, bu barədə Fransanın “Intelligence Online” bülletenində bildirilir. 

Bülletendə deyilir ki, bu ilin may ayında Azərbaycana səfər etmiş Fransa prezidenti Fransua Olland orta mənzilli SAMP/T zenit-raket kompleksinin satışını lobbiləşdirib. 

Məlumata görə, Fransua Olland Bakıda “Eurosam” konsorsiumu üçün xeyli iş görüb və Xəzərdəki neft yataqlarını qorumaq üçün Azərbaycan rəhbərliyini bu raketləri almağa çağırıb. 

Orta mənzilli SAMP/T zenit-raket komplekslərində “Aster 30” idarəolunan zenit raketləri istifadə edilir. 

Qaynar.info