Xəbər lenti

Fransa klubu "Qəbələ" önünə baş məşqçisiz çıxacaq
İdman10:05 20.10.2016

Fransa klubu "Qəbələ" önünə baş məşqçisiz çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda “Qəbələ”ni qonaq edəcək “Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye cəzalandırılıb.

Qaynarinfo.Az xəbər verir ki, Fransa təmsilçisinin çalışdırıcısı "Qəbələ" ilə ev oyununu tribunadan izləyəcək. 

Qeyd edək ki, Kristof Qaltye sentyabrın 29-da "Anderlext"lə görüşün son dəqiqələrində vurduqları bərabərlik qolunu çılğınlıqla qeyd edib. Bu isə baş məşqçinin cəzalanmasına səbəb olub.

Qaynarinfo.Az