Xəbər lenti

Fransa səfirliyi Ali Məhkəmənin qərarını alqışladı
Ölkə19:51 24.04.2020

Fransa səfirliyi Ali Məhkəmənin qərarını alqışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın Azərbaycandakı səfirliyi Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verilməsinə dair çıxardığı qərarları müsbət qarşılayıb.
Qaynarinfo  xəbər verir ki, bu barədə Fransanın ölkəmizdəki səfirliyi məlumat yayıb.
"Fransa Azərbaycanda müxalif siyasətçi İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun aprel ayının 23-də bəraət almalarını alqışlayır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alan beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən müsbət inkişafdır, - deyə səfirliyin açıqlamasında bildirilib.