Xəbər lenti

Fransa və Ukrayna arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar necə gedir?
Dünya 23:10 28.11.2023

Fransa və Ukrayna arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar necə gedir?

Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Paris 2024-cü ilin əvvəlinə qədər Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqları başa çatdırmağı gözləyir. 

Qaynarinfo xəbər verir ki, o, Brüsseldə NATO ölkələrinin xarici işlər başçılarının iclasının açılışından əvvəl müvafiq bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Paris və Kiyev arasında müzakirələr bir neçə həftədir davam edir və yaxşı irəliləyir.

Kolonna danışıqların G7 təşəbbüsü çərçivəsində aparıldığını da xatırladaraq, "Biz onları bu ilin sonu və ya gələn ilin əvvəlində başa çatdırmağı gözləyirik", deyib.

Fransanın xarici işlər naziri vurğulayıb ki, danışıqlar nəticəsində Ukraynaya iqtisadi, humanitar və hərbi komponentlərdə uzunmüddətli dəstəyin təmin edilməsi zəruridir. Hərbi dəstək, xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək və onları lazımi avadanlıqla təmin etməkdən ibarətdir.

"Avadanlıqların istehsalı və texniki xidmətinə üstünlük veriləcək. Biz Ukraynaya daha çox məhsul istehsal etməyə kömək etməliyik”, deyə Kolonna bildirib.

Bundan əvvəl Ukrayna və İtaliya Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş üzrə danışıqlar aparıb. Danışıqlar zamanı tərəflər gələcək sazişin məzmunu və formatını müzakirə edib, həmçinin gələcək görüşlərin qrafikini razılaşdırıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->