Xəbər lenti

Fransız-Azərbaycan Universitetinə direktor təyin olundu
Ölkə14:00 14.12.2016

Fransız-Azərbaycan Universitetinə direktor təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olunub.

Publika.az xəbər verir ki, dosent Vazeh Əsgərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə bu vəzifəyə təyin edilib. Bu gün Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub. UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru, professor M.Babanlı onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.

V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən fransız təhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.

Dosent Vazeh Əsgərov UFAZ-a direktor təyin olunması ilə bağlı ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.

Qaynarinfo.Az