Dünya 10:35 11.11.2023

FTB Nyu York merinin mobil telefonlarını və iPad-lərini müsadirə etdi

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Nyu York meri Erik Adamsın mobil telefonlarını və iPad-lərini müsadirə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, FTB əməkdaşları küçədə şəhər rəhbərinə yaxınlaşaraq ondan ən azı iki mobil telefon və bir iPad müsadirə ediblər.

"Keçmiş hüquq-mühafizə orqanının əməkdaşı kimi mən bütün əməkdaşlarımdan qanuna əməl etmələrini və istintaqla tam əməkdaşlıq etmələrini gözləyirəm", deyə Erik Adams bildirib.

Nyu York meri qeyd edib ki, onun gizlədəcək heç nəyi yoxdur.

Bundan əvvəl təhlükəsizlik qüvvələri Erik Adamsın 2021-ci il seçki kampaniyası üçün vəsait toplayan Brianna Suqqsın evində axtarış aparıb. Erik Adams Türkiyə hakimiyyət orqanları da daxil olmaqla, qanunsuz ianələr almaqda şübhəli bilinir.

Aydın