Xəbər lenti

Fuad Muradov Türkiyədə: Cümhuriyyətlə bağlı tədbirdə iştirak edib
Ölkə09:42 28.05.2018

Fuad Muradov Türkiyədə: Cümhuriyyətlə bağlı tədbirdə iştirak edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə rəsmi səfəri yekunlaşıb. 
Komitədən Qaynarinfo-ya verilən məlumata görə, səfər çərçivəsində Fuad Muradovun iştirak etdiyi tədbirlərdən biri də Antalyada keçirilib. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkil etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan təddbirdə rəsmi şəxslər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.
Rəsm sərgisi, milli rəqs və musiqi nümunələri maraqla qarşılanıb. Qonaqların diqqətini çəkən beynəlxalq sərgidə Azərbaycan Cümhuriyyətinin dəyərli rəssamlarının əsərləri nümayiş olunub. 
Daha sonra komitə sədri Antalyadakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, onları maraqlandıran məsələlərlə dərindən maraqlanıb.