Xəbər lenti

​Fuad Qəhrəmanlının həbs müddəti artırıldı
Ölkə12:07 04.05.2016

​Fuad Qəhrəmanlının həbs müddəti artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi Rayon Məhkəməsində həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə vəsatəti təmin edib və F.Qəhrəmanlının həbs müddətini 2 ay artırılıb.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Qaynarinfo.az