
Azərbaycan millisinin baş məşqçisi anasını Bakıya gətirdi.
19 və 21 yaşadək qadın futbolçulardan ibarət millimizin baş məşqçisi Patrisiya Qonsales anasını Bakıya gətirib.
Patrisiyanin anası Sara Qonsales Qaynar.info əməkdaşına artıq 3-cü dəfə Bakıya gəldiyini bildirib. Onun sözlərinə görə, səfəri sadəcə qızını görmək və istirahət etmək məqsədi daşıyır.
Yeri gəlmişkən, dünən Avroliqanin III təsnifat mərhələsinin "İnter" (Bakı) - "Atletik" (Bilbao) oyununu izləyənlər arasında Patrisiya Qonsales və anası da olub. Onlar həmyerlilərinə dəstək olmaq məqsədilə "İnter Arena"ya təşrif buyurub. Qonsaleslər bundan əvvəl "Qarabağ" - "Seltik" matçını da izləmişdilər.
Qaynar.info