Xəbər lenti

Futbolçu ad günündə meydançada öldü
İdman06:25 28.08.2013

Futbolçu ad günündə meydançada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentinalı futbolçu stadionda dünyasını dəyişib. 

Anspress-in məlumatına görə, bu barədə məlumatı Ektor Sanabriyanın oynadığı "Laferrere" klubu öz saytında yerləşdirib. 

Məlumata görə, futbolçu öz ad günü ərəfəsində ölüb. Belə ki, o sabah 28 yaşını qeyd etməyə hazırlaşırmış. 

Sanabriya “Xeneral Lamadrid"lə görüşün 29-cu dəqiqiəsində stadionda huşunu itirib. Ona stadionda ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 

Futbolçunun vəfatı ilə əlaqədar olaraq həftəsonu Argentina çempionatının bütün matçları bir dəqiqəlik sükutla başlayacaq. 

Qaynar.info