
Braziliya futbol çempionatının ikinci divizionunda oyun zamanı bədbəxt hadisə baş verib.
Qaynar.info xəbər verir ki, "Atletiko Qoyanense" - "Parana" komandaları arasında keçirilən görüşdə futbolçu topu saxlamaq istəyərkən bilmədən qadın laysmanın başına zərbə endirib.
Zərbədən özünü itirən qadın hakim yerə yıxılıb.
Bir neçə dəqiqəlik tibbi müdaxilədən sonra o, işini davam etdirib.
Qaynar.info