Xəbər lenti

Futbolçuları qəzada ölən komandaya ŞOK CƏZA
İdman04:28 13.12.2016

Futbolçuları qəzada ölən komandaya ŞOK CƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliya Futbol Federasiyası üzvlərinin əksəriyyəti təyyarə qəzasında həlak olan “Şapekoense” klubuna texniki məğlubiyyət verib.
Buna “Şapekoense”nin Braziliya A seriyasının son turunun “Atletiko MG” ilə oyununa çıxmaması səbəb olub. Federasiyanın kluba 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 30 min avro məbləğində pul cəzası verəcəyi də gözlənilir.
Bu qərar yerli mətbuatda böyük əks-səda doğurub. Məsələylə bağlı federasiyadan hələ ki heç bir açıqlama verilməyib. “Şapekoense” rəhbərliyi isə daha əvvəl bu oyuna çıxmaq ehtimallarının olmadığını açıqlamışdı.
Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.(publika.az)
Qaynarinfo.Az