Xəbər lenti

Futbolçularımız Taqanroq diviziyasını yad etdi - FOTOLAR
İdman14:26 20.06.2016

Futbolçularımız Taqanroq diviziyasını yad etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası (U-17) yoxlama oyunları ilə bərabər adıçəkilən məkanda gəzinti də həyata keçirir.

Qaynarinfo.az xəbər verir ki, komandamız II dünya müharibəsi zamanı Rostov-na-Donu vilayətinin və Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərmiş 130-cu və 416-cı milli atıcı diviziyasının döyüşçülərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Yığmamız Taqanroq şəhər meriyasında təşkil edilmiş mərasimə də qatılıb.

 yığmamız xatirə abidəsini ziyarət edib

Qeyd edək ki, Rafiq Mirzəyevin yetirmələri Rusiyada olduğu müddətdə OİK klubunun II komandasına 3:1, "Rostov" U-18-nə 4:2 hesabları ilə qalib gəlib.

Qaynarinfo.az