Xəbər lenti

Futbolçunu dirsəyi ilə vuran hakimlə bağlı qərar çıxarıldı
İdman09:16 15.04.2023

Futbolçunu dirsəyi ilə vuran hakimlə bağlı qərar çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən həftə sonu İngiltərə Premyer Liqasında baş tutan "Arsenal” - "Liverpul” matçında futbolçuya dirsək vurduğu iddia edilən köməkçi hakim Konstantin Hatzidakislə bağlı araşdırma yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə İngiltərə Futbol Federasiyasından yerli mətbuata açıqlama verilib. Hatzidakis və "Liverpul"un müdafiəçisi Endi Robertson arasında baş verən insidentin araşdırıldığı və hər hansı xəsarət niyyəti olmadığı üçün araşdırmanın yekunlaşmasına qərar verildiyi bildirilib.
Hakimin hərəkətinin şüursuz şəkildə baş verdiyi qənaətinə gəlindiyi və Hatzidakisin Robertsondan üzr istədiyi də vurğulanıb.
Daha əvvəl heç bir matçda iştirak edə bilməyəcəyi açıqlanan Hatzidakis artıq tapşırıq veriləcəyi təqdirdə bu həftə təyinat ala biləcək.
Səbuhi Həsənov