Xəbər lenti

Futbolda yeni qayda dəyişikliyi
İdman12:53 27.09.2014

Futbolda yeni qayda dəyişikliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada hakimlərin istifadə etdiyi “itən sprey” qadağan olundu.

Qaynar.info Axar.az istinadən xəbər verir ki, Almaniya Bundesliqasındakı oyunlarda hakimlərin işlətdiyi “itən sprey”in istifadəsinə icazə verilməyib. Spreyin qadağan olunması ilə bağlı verilən açıqlamada məhsulun tərkibində hormonal fəaliyyətlərə təsir edən maddənin tapıldığı bildirilib.

Mövzuyla əlaqədar danışan alman tibb mütəxəssisi Qreta Dau bildirib ki, bu spreyin yalnız Almaniyada deyil, bütün Avropada qadağan olunması lazımdır.

Argentinada istehsal olunan spreyin tərkibində olan parabenin maddəsinin insanlarda hormonal təsirlərə malik olduğu və xərçəng xəstələyinə yol açdığı bildirilir.

Qeyd edək, “itən sprey” deyilən köpüklü məhlul hakimlərin cərimə zərbəsi təyin olunarkən rəqib komandanın canlı səddinin önə çıxmaması üçün istifadə etdiyi vasitədir.

Qaynar.info