Xəbər lenti

“Futbol+”in kollektivi aksiya keçirdi (FOTOLAR)
Ölkə10:05 09.04.2019

“Futbol+”in kollektivi aksiya keçirdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində "Futbol+”in də olduğunu xəbər vermişdik.
Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi. Amma bu addımların heç biri nəticə verməyib.
Bu gün isə "Futbol+” kollektivi aksiya keçirib. Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident Aparatının qarşısına yürüş ediblər. "Futbol+”çilər üzərinə "Bizi eşit, Prezident!”, "KİVDF ədalətsizliyə son qoy!”, "Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar. (komanda.az)