Xəbər lenti

Futbolumuzun uğuru: Millimiz elit mərhələdə
İdman14:30 15.11.2014

Futbolumuzun uğuru: Millimiz elit mərhələdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin IV qrupunda III turun oyunları keçirilib. Qaynar.info xəbər verir ki, Azərbaycan yığması da son oyununa çıxıb.
Macarıstanda keçirilən qrupun son oyununda millimiz Sloveniyanı sınağa çəkib. Tatabanya şəhərindəki "Qrosiçs Qyula" stadionunda keçirilən oyunda hesabı Vadim Ağarahimov açıb. O, 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 35-ci dəqiqədə Elnur Suleymanov fərqi artırıb. 7 dəqiqə sonra fərqlənən Mahir Mədətov üstünlüyü 3 topa çatdırıb. İkinci yarıda daha yaxşı oynayan Sloveniya Alen Ozboltun dublu (biri penalti) sayəsində fərqi minimuma endirsə də, millimizin qələbəsinə mane ola bilməyib - 3:2.
Qrupun digər oyununda Slovakiya Macarıstanı sınağa çkəib. İlk iki turda qələbə qazanan Slovakiyalılar son matçı da 3 xalla başa vurub - 3:0. Bu nəticələrdən sonra 1-ci pillələrin sahibləri - Slvakiya və Azərbaycan elit mərhələyə vəsiqə qazanıb. 
Qeyd edək ki, bir neçə gün əvvəl 17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanıb.
Avropa çempionatı
Seçmə mərhələ
4-cü qrup, III tur
15 noyabr
Azərbaycan - Sloveniya 3:2
Qollar: Vadim Ağarahimov, 23-pen. Elnur Suleymanov, 35. Mahir Mədətov, 42 - Alen Ozbolt, 48; 77-pen.
Azərbaycan: 1. Tolqa Şahin, 2. İlyas Səfərzadə (15. Renat Ağaverdiyev, 46//6. Budaq Nasirov, 58), 4. Bəhlul Mustafazadə, 7. Mahir Mədətov, 9. Fəhmin Muradbəyli, 10. Mansur Nahavandi (k), 14. Yusif Nəbiyev, 16. Emin Zamanov, 18. Təyyar Məmmədov (17. Elnur Cəfərov, 64), 19. Elnur Suleymanov, 23. Vadim Ağarahimov.
Ehiyat oyunçular: 12. Ağaseyid Qasımov, 13. Benhur Kama, 21. Əfsar Məmmədov.
Baş məşqçi: Nikolay Adam.
Sloveniya: 1. Matiya Radikon, 2. Marko Klemenciç, 4. Nik Lorbek (k), 5. Blaz Polyaneç, 7. Deyan Vokiç, 8. Alen Ozbolt, 11. Luka Qayiç (10. Marko Kriviciç, 46), 14. Matey Potokar, 16. Zan Nikoliç (3. Qal Primç, 46), 17. Erik Gliha, 18. Matiç Vrbaneç (9. Damir Bartuloviç, 75).
Ehiyat oyunçular: 12. Martin Yark, 6. Blaz Kramer. 
Baş məşqçi: Primoz Gliha.
Sarı vərəqələr: Elnur Cəfərov, 76 - Marko Kriviciç, 62.
Hakimlər: Eli Hakmon, David Morhaim (İsrail), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Tatabanya. "Qrosiçs Qyula" stadionu.
Macarıstan - Slovakiya 0:3
Qollar: Robert Polievka, 48. Daniel Horvat, 66. Nikolas Spalek, 72.
Hakimlər: Marko Quyda, Matteo Passeri (İtaliya), Qrem Stuart, Con Beaton (Şotlandiya).
Dunauyvaroş. "Ezsperanto Ut" stadionu.

1

Slovakiya

3

3

0

0

9:2

9

2

Azərbaycan

3

1

1

1

5:7

4

3

Macarıstan

3

0

2

1

2:5

2

4

Sloveniya

3

0

1

2

4:6

1

Qaynar.info