Xəbər lenti

Füzuli aeroportu ilə bağlı indidən hərəkətə keçmək lazımdır (ŞƏRH)
Ölkə07:42 06.01.2021

Füzuli aeroportu ilə bağlı indidən hərəkətə keçmək lazımdır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gələcəkdə işğaldan azad olunan torpaqların turizm potensialının açılmasında Füzuli beynəlxalq hava limanı mühüm rol oynaya bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Füzulidən dünyanın hər yerinə ucuz uçuşların təşkil olunması üçün indidən müqavilələrin bağlanması, danışıqların aparılması daha doğru olardı:
"Bundan öncə də Azərbaycanın bölgələrində - Zaqatala, Qəbələ, Lənkəranda hava limanları tikilib. Amma bunların iqtisadi effekti gözlənilən kimi olmadı. Həm reys sayı, həm rentabellik nəzərindən müəyyən problemlərlə üzləşdik. Amma Füzuli işğaldan azad olunmuş hava limanının mərkəzi kimi və gələcəkdə həm Şuşaya qonaqların gəlməsi, həm Qarabağa turizmin təşkili üçün beynəlxalq hava limanları şəbəkəsi kimi fəaliyyət göstərib, ucuz lokos uçuşların təşkili mümkün olarsa, məncə, bunun ciddi iqtisadi effekti ola bilər. Çünki hava limanı həm də iqtisadi fürsətlər yaradan bir obyektdir. Yəni, ətrafında bir iqtisadi aktivlik formalaşır".
Natiq Cəfərli qeyd edib ki, gələcəkdə təhlükəsizlik ilə bağlı problemlər həll olunduqdan sonra turistik mərkəz kimi Qarabağın turizm potensialından istifadə etmək mümkündür.
Qeyd edək ki, Füzulidə beynəlxalq aeroport tikiləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də məlumat verib.
Bahar Rüstəmli