Xəbər lenti

Füzuli Ələkbərov fəhlələrin 25 min manatını vermir
Ölkə09:26 10.03.2013

Füzuli Ələkbərov fəhlələrin 25 min manatını vermir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Saf Təchizatçı” MMC-nin fəhlələri ölkə başçısı İlham Əliyevə müraciət edib. Bu barədə haqqın.az saytı məlumat yayıb. Fəhlələr bildiriblər ki, çalışdıqları MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün bina inşa edib.

İş çoxdan təhvil verilsə də onlar əmək haqlarını ala bilmirlər. “Saf Təchizatçı”nın fəhlələr toplam olaraq  25 min manat borcu var. Fəhlələr deyir ki, MMC bu məsələdə məsuliyyəti əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun üzərinə atır. “Şirkətdən bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə borcunu ödəmədiyinə görə sizin əmək haqqınızı verə bilmirik”, - deyə fəhlələr bildirir.

Qaynar.info