Xəbər lenti

Füzuli Ələkbərov villasından danışdı
Ölkə09:51 22.06.2014

Füzuli Ələkbərov villasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Balalarım o evdə istirahət edir”

Bir müddət əvvəl bir sıra KİV- də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun İsmayıllı rayonunun İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarması haqda xəbər yayılmışdı. 

Bu məsələ ilə bağlı xeberdar.az-a danışan Füzuli Ələkbərov sayta qısa açıqlamasında belə yazıların həqiqətə uyğun olmadığını bildirib: “Mən niyə öz evimi satım? Balalarım, yaxınlarım o evdə istirahət edirlər, yaşayırlar. Mənim evimi satmağım kimin üçün maraqlıdır ki bu yazıları yazırlar. Kimsə öz evini, maşınını satarkən mən ona deyirəm, sən niyə öz maşınını, evini satırsan. Belə yazılar böhtan xarakterlidir ona görə də cavab vermirəm”.