"Onun ölümünü heç görmək istəmirdim, heyif anamdan”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Füzuli Hüseynov anası Mina xanımın vəfatından danışarkən deyib. Aktyor anasız onun üçün çətin olacağını bildirib:
"Anam mənim dünyam idi. Heyif ki, bu dünyamı birdəfəlik itirdim. Onun səsini bir də eşitməyəcəm, bir də qoxlamayacam, duymayacam. Mənə çox çətin olacaq”.
Qeyd edək ki, Əməkdar artist Füzuli Hüseynovun anası bu gün dünyasını dəyişib.
Bahar Rüstəmli