Xəbər lenti

Füzuli Musayev Ayanla evlilik xəbərindən danışdı
Ölkə09:18 20.11.2013

Füzuli Musayev Ayanla evlilik xəbərindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevin müğənni Ayan Babakişiyeva ilə gizli ailə həyatı qurması haqda yayılan xəbərlərə münasibət bildirib.

Qaynar.info xəbər verir ki, Füzuli Musayev virtualaz.org saytına açıqlama verərək mətbuatda haqqında belə məlumatların yayılmasına çox təəssüləndiyini bildirib: “Bunu yazanlar boş-boş işlərlə məşğuldur. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir”.

F.Musayev bu xəbəri həm də özünə qarşı kiminsə qərəzli mövqeyi kimi qiymətləndirib: “Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər”.

Qeyd edək ki, müğənni Ayan ATV-nin "Onlar" verilişinə ailə qurması barədə açıqlama verib. Həmin açıqlamasında bildirib ki, artıq ailəli olması ilə bağlı suallardan yorulub və evli bir qadın olduğunu etiraf edib. O, kiminlə evləndiyini açıqlamayıb.

Qaynar.info