Xəbər lenti

Füzuli rayon şagirdləri arasında sosial birlik gücləndirilir
Ölkə12:31 29.09.2023

Füzuli rayon şagirdləri arasında sosial birlik gücləndirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzuli rayonunun Qarabağ kənd orta məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, "Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin tərəfdaşlığı layihə icrasına başlanılıb.
"Məcburi köçkün məktəblərində sülh üçün incəsənət” layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir. Layihənin icra müddəti 6 aydır, məqsədi məcburi köçkün məktəblərində sosial birliyin gücləndirilməsindən ibarətdir. Layihənin icrası şagirdlərin arasında baş verə biləcək münaqişələrin azalmasına, onlar tərəfindən müxtəlifliklərin, eləcə də mədəniyyətlərin qabul olunmasına, tolerant davranışların gücləndirilməsinə xidmət edəcək.   
İlkin mərhələdə Füzuli rayonunun Qarabağ kənd orta məktəbi, Əhmədbəyli kənd tam orta məktəbi və Füzuli rayonu 39 nömrəli tam orta məktəblərində təhsil alan 48 nəfər 8-14 yaşlı şagirdlər və 8 müəllim üçün "Sülh mədəniyyəti” mövzusunda təlimlər keçiriləcək. 
Təlimdə iştirak edən şagirdlər təlimi bitirdikdən sonra rayonun digər şagirdləri arasında sülh mədəniyyətinin təbliği məqsədilə rəsmlər çəkəcək, tamaşalar səhnələşdirəcəklər.