Xəbər lenti

Füzulidə ağır yol qəzası olub, ölən və yaralananlar var
Ölkə06:41 13.09.2023

Füzulidə ağır yol qəzası olub, ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, nəticədə sürücü və sərnişin qismində olan Füzuli rayon sakinləri Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.