Xəbər lenti

Füzulidə daha 2 evə mərmi düşdü
Ölkə10:27 15.10.2020

Füzulidə daha 2 evə mərmi düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzuli rayonu Zobucuq qəsəbəsi Ermənistan silahlıları tərəfindən mütəmadi olaraq atəşə məruz qalır.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, düşmən təxribatı nəticəsində ziyan görən Zobucuq qəsəbəsində sakinlərin əhval-ruhiyyəsi çox yüksəkdir. Qəsəbə ərazisinə bu müddət ərzində xeyli sayda mərmi düşüb. Atılan mərmilər 2 evi yararsız vəziyyətə salıb, daha bir-neçə evin yaxınlığına düşən mərmi isə ətrafa zərər yetirib.
Düşmənin bütün təxribatlarına baxmayaraq zobucuqlular ata-baba yurdlarında yaşamağa davam edirlər.