Xəbər lenti

Füzulidə doğuş zamanı körpə öldü
Ölkə21:03 20.10.2025

Füzulidə doğuş zamanı körpə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb.
Qaynarinfo  xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.
Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.