Xəbər lenti

Füzulidə evə top mərmisi düşdü: dinc sakin yaralandı
Ölkə05:37 05.04.2016

Füzulidə evə top mərmisi düşdü: dinc sakin yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni silahlı bölmələrinin dinc sakinlərin yaşadığı əraziləri atəşə tutması nəticəsində daha bir nəfər yaralanıb.  

Qaynar.info APA-ya istinadən bildirir ki, hadisə Füzuli rayonunun Alxanlı kəndində qeydə alınıb. Ermənilərin atdığı top mərmilərindən biri 30 yaşlı Elvin Rəhimovun yaşadığı evin həyətinə düşüb. Nəticədə ev sahibi xəsarət alıb. Füzuli Rayon Diaqnostika Mərkəzindən APA-ya verilən xəbərə görə, E. Rəhimov sağ dizindən qəlpə yarası alıb, həmçinin, ayağında sınıqlar var.

Qaynar.info