Xəbər lenti

Füzulidə minaya düşən şəxs çoxsaylı qəlpə yarası aldı
Ölkə15:35 28.05.2022

Füzulidə minaya düşən şəxs çoxsaylı qəlpə yarası aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya Füzuli rayon prokurorluğuna istinadən xəbər verir.
Aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.