Xəbər lenti

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşdü (YENİLƏNİB/FOTO)
Ölkə12:30 23.03.2022

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşdü (YENİLƏNİB/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi "SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
13:36
Füzulidə mülki şəxs minaya düşüb.
Qaynarinfo-nun xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.
Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.