Xəbər lenti

Füzulidən etiraz aksiyası xəbəri gəldi
Ölkə07:15 05.11.2013

Füzulidən etiraz aksiyası xəbəri gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Horadiz qəsəbəsinin sakinləri İcra Hakimiyyətinin binası qarşısına toplaşır 

Füzuli rayonunda həyacanlı vəziyyət yaranıb. Qaynar.info demokratiya.info-ya istinadən xəbər verir ki, daxil olan məlumatlara görə, rayonun Horadiz qəsəbəsinin sakinləri bu gün İcra Hakimiyyətinin qarşısına toplaşaraq, etiraz aksiyası keçirməyə hazırlaşır.

Məlumatlarda vurğulanır ki, əhalinin ayağa qalxmasının başlıca səbəbi qəsəbədə artıq bir ilə yaxındır yaşanan su problemidir. Belə ki, hələ bir müddət əvvəl dövlət büdcəsindən ayrılmış vəsaitlə qəsəbədə böyük içməli su anbarının tikilməsi prosesi həyata keçirilib. Lakin icra başçısı Alı Alıyevin həmin pulları mənimsəməsi nəticəsində anbar inşa olunsa da, əhaliyə içməli suyun verilməsi hələ də problemə çevrilib. 

Məlumatlara görə, Alı Alıyev Prezident İlham Əliyevin də qatıldığı açılış mərasimində iddia edib ki, qəsəbəyə fasiləsiz içməli suyun verilməsi təmin olunacaq. Hətta həmin vaxt anbarda quraşdırılmış iri nasoslar vasitəsi ilə evlərə suyun verilməsi prosesi də həyata keçirilib. Lakin dövlət başçısı rayonu tərk etdikdən sonra Horadiz əhli yenidən susuz qalıb.

Məlumatlarda vurğulanır ki, problemin başlıca səbəbi quraşdırılmış su nasoslarının istifadəyə yarasız olmasıdır. Elə buna görədir ki, anbardakı nasosların böyük əksəriyyəti faktiki olaraq işləmir. İşləyən mövcud nasoslar isə əhalinin suyla təmin olunmasını həyata keçirmək gücündə deyil. Qəsəbə camaatı da bir ilə yaxındır dözdüyü vəziyyətdən artıq bezib. Və bu səbəbdən də onlar Füzuli rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, icra başçısı Alı Alıyevin istefasını tələb etməyə hazırlaşırlar.

Qaynar.info