Xəbər lenti

Gecə bu küçə bağlı olacaq
Ölkə05:20 19.05.2014

Gecə bu küçə bağlı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 22:00-dan etibarən Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi xəbərə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Cəfər Xəndan küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Aşıq Molla Cüma küçəsindən və Atatürk prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.

Qaynar.info