
Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılacaq.
Qaynar.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, bu gün saat 22:00-dan etibarən Səbail rayonu Bayraq meydanı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasına səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.
Qaynar.info