Xəbər lenti

“Gecə- gündüz işləyirik” - Metropolitendən həbs xəbərinə reaksiya
Ölkə05:57 25.04.2014

“Gecə- gündüz işləyirik” - Metropolitendən həbs xəbərinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, bu gün Azadlıq qəzeti Bakı Metropolitenində ciddi korrupsiya yoxlamaları aparıldığı barədə məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Metropolitendən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda qurumda heç bir yoxlama aparılmır: “Hər şey qaydasındadır. Yayılan xəbər həqiqəti əks etdirmir. Hazırda hər kəs öz işinin başındadır. Metronun səviyyəsini dünya standartlarına çatdırmaq üçün gecə- gündüz işləyirik”. 

Metropolitendən həmçinin 20 yanvar metrosundakı ticarət obyektləri ilə bağlı son günlər mediada yayılan xəbərlərə də münasibət bildirilib:

"20 yanvar metrosunun  giriş -çıxış yerlərində olan bütün ticarət obyektləri yığışdırılıb. Qalan köşklər piyada keçidlərindədir. Həmin keçidlər isə Metropoliten ərazisinə daxil deyil.

Qaynar.info