Xəbər lenti

Gecə klubundakı bıçaqlanma ilə bağlı rəsmi açıqlama (VİDEO/YENİLƏNİB)
Ölkə04:43 24.01.2024

Gecə klubundakı bıçaqlanma ilə bağlı rəsmi açıqlama (VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda gecə klublarından birində kütləvi davanın olmasını əks etdirən görüntülər yayılıb.
Qaynarinfo xəbər verir ki, yayılan məlumatda hadisə nəticəsində 3 nəfərin bıçaqlandığı deyilib.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, insident paytaxtın Səbail rayonunda klubların birində  ötən il olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Hadisədə bir nəfər yüngül xəsarət alıb.
Fakta görə rayon polis idarəsində cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.
08:45
Bakıda gecə klublarının birində bıçaqlanma ilə nəticələnən dava baş verib. 
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. 
Məlumata görə, Sahil bağı ətrafında yerləşən kluba 3 nəfər bıçaqla daxil olmaq istəyib. Gecə klubunun mühafizəçisi onları kluba buraxmaq istməyəndə dava düşüb. 
Daha sonra 3 nəfərin dava zamanı bıçaqlandığı deyilir.