Xəbər lenti

Gecə və səhər yollar buz bağlayacaq (PROQNOZ)
Ölkə09:30 24.02.2021

Gecə və səhər yollar buz bağlayacaq (PROQNOZ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə,  fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.  Atmosfer təzyiqi normadan yüksək 779  mm civə sütunu, nisbi rütubət  80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15,  gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.